Azərbaycanın olimpiya çempionu finala çıxıb

4-05-2019, 00:00           
Azərbaycanın olimpiya çempionu finala çıxıb
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 50-ci dəfə təşkil olunan Əli Əliyev memorialında Olimpiya çempionumuz finala yüksəlib

London-2012 Olimpiya çempionu, 2016-cı il Olimpiya Oyunlarının bürünc medalçısı (92 kq çəki dərəcəsində) Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 50-ci dəfə təşkil olunan Əli Əliyev memorialında finala çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şərifov finala gedən yolda Xox Xudayev (Rusiya, 10:0), Ömərhacı Maqomedov (Belarus, 4:0), Tajuddin Muxtarov (Rusiya, 5:0) və Batırbek Tsakulov (Rusiya, 10:0) üzərində inamlı qələbə qazanıb. Finalda Azərbaycan yığmasının lideri Rusiyanı təmsil edən Əlixan Cəbrayılovla güləşəcək.

92 kq çəki dərəcəsində bürünc medal uğrunda isə digər azərbaycanlı Cavid Sadıxov mübarizə aparacaq. O, ilk təsəlli mübarizəsində ikiqat Avropa çempionu Anzor Urişevlə (Rusiya) görüşəcək.

Əliyev memorialının digər bir finalçısı isə 70 kq çəkidə güləşən Gitinomaqomed Hacıyev olub. O, birincilik yarışında Anzor Zakuyev (Rusiya, 8:7), Ruslan Ruslan Boqatırev (Rusiya, 11:7), Ramazan Ramazanovu (Rusiya, 11:6) məğlub edib. Finalda Hacıyev rusiyalı idmançı Razambek Jamalovla yarışacaq.

Bu çəkidə iki azərbaycanlı idmançı bürünc medal uğrunda mübarizə aparacaq. İlk təsəlli döyüşündə Coşğun Əzimov Temuçin Mendbileqlə güləşcək. Bu döyüşün qalibi Azərbaycan yığmasından olan digər idmançı Mürtəza Müslümovla yarışacaq.

Yarışın 2-ci günündə 97 kq çəki dərəcəsində Nurməhəmməd Hacıyev fəxri kürsüyə qalxıb. Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib. Bu döyüş heç-heçə (1:1) başa çatsa da, sonuncu xalı Hacıyev qazandığı üçün, onun qələbəsi tanınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru