Rusiya Premyer Liqasının oyunları sükutla başlayacaq

20-09-2021, 15:42           
Rusiya Premyer Liqasının oyunları sükutla başlayacaq
Futbol üzrə Rusiya Premyer Liqasının VIII turunda bu gün keçiriləcək 3 oyun 1 dəqiqəlik sükutla başlayacaq.

"Report" çempionatın rəsmi saytın istinadən xəbər verir ki, bu, Perm Dövlət Universitetində baş vermiş terror hadisəsi ilə bağlıdır.

Universitetə silahlı hücum zamanı 8 nəfər dünyasını dəyişib, 28 nəfər isə yaralanıb. Ölənlərin xatirələri çempionat matçlarında yad ediləcək.

Qeyd edək ki, bu gün "Ural" - "Lokomotiv" (Moskva), "Rubin" - "Zenit" və MOİK - "Spartak" (Moskva) görüşləri oynanılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.