Qida əlavələrinin potensial TƏHLÜKƏSİ

2-05-2024, 16:58           
Qida əlavələrinin potensial TƏHLÜKƏSİ
Vitamin K əlavələri dolayı yolla qan laxtalanma riskini, beta-karoten isə siqaret çəkənlərdə ağciyər xərçəngi riskini artıra bilər. Bəzi digər birləşmələr və bitki komponentləri (vitamin C, E və dazı otu) xərçəng, depressiya və ürək xəstəliklərinin müalicəsinin effektivliyini azaldır.

Bu barədə Ottava (Kanada) Universitetinin Ailə Təbabəti Departamentinin dosenti Erik Vultorton bildirib.

Vultortonun sözlərinə görə, qida əlavələri və vitamin-mineral komplekslərinin tərkibi reseptlə verilən dərmanlarla müqayisəyə gələ bilən maddələrdən ibarət ola bilər. Ancaq bir çox insanlar həkimə müraciət etmədən əlavələrdən istifadə edirlər.

“Bəzi hallarda bu cür “özünə resept”in sağlamlıq riskləri potensial faydalardan daha çox ola bilər. Bütün vitaminlər, minerallar və bitki mənşəli ekstraktları istehlak edərkən qaydalara riayət edilməlidir. Depressiya və ürək xəstəliklərindən dərman müalicəsi alanlar, həmçinin xərçəngə görə kimyaterapiya alanlar xüsusilə diqqətli olmalıdırlar”, - deyə dosent qeyd edib.
Fakt budur ki, bəzi əlavələr müalicənin effektivliyini azalda bilər. K vitamini qan durulaşdırıcıların qan laxtalanmasının qarşısını almaq qabiliyyətini zəiflədə bilər. C və E vitaminləri kemoterapinin effektivliyini azalda bilər və dazı otu antidepresanların və ürək-damar xəstəliklərinin müalicəsi üçün bəzi dərmanların effektinə mənfi təsir göstərə bilər.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.