Buffon hansı qarşılaşmanı yenidən oynamaq istəyir?

2-05-2024, 16:54           
Buffon hansı qarşılaşmanı yenidən oynamaq istəyir?
Futbol karyerasını başa vuran italiyalı sabiq qapıçı Canluici Buffon əgər yenidən belə bir imkan yaranarsa, peşəkar karyerasında hansı oyunu təkrar keçirmək istədiyindən danışıb.

46 yaşlı qapıçı tərəddüd etmədən bu oyunun 2012-ci il Avropa çempionatının final oyununun olmasını istədiyini söyləyib.

“Biz qeydə alınan nəticəyə layiq deyildik, yorğun oynadıq. Heç vaxt bəhanə axtarmıram, amma dözülməz psixofiziki şəraitdə oyunu keçirdik. Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. Sonda İspaniyaya qarşı heç nə edə bilmədik, halbuki qrup mərhələsində onları dayandıran tək biz idik”.
Qeyd edək ki, söhbət 2012-ci il Avropa çempionatının İtaliya və İspaniya arasında keçirilən final oyunundan gedir. Həmin oyun İspaniyanın 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşmışdı. Komandaların qrup mərhələsində keçirdikləri oyun isə 1:1 hesablı bərabərliklə bitmişdi.

Mənbə: La Repubblica












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru