“Access Bank” faiz endirimin acısını yaşayır - 3 ayda 86 milyonluq depozit itkisi

3-05-2024, 00:13           
“Access Bank” faiz endirimin acısını yaşayır -
“Access Bank”ın əmanət portfeli bu ilin ilk rübündə 86,2 milyon manat azalıb və bir milyard manatdan aşağı enib.

İqtisadiyyat.az xəbər verir ki, 2024-cü ilin ilin ilk rübündə bankın əmanət portfeli 8% azalaraq 965,4 milyon manata enib. Halbuki, ötən ilin sonunda bu rəqəm 1,05 mlrd. manat təşkil etmişdi.

Azalma bankın həm fiziki, həm də hüquqi şəxslərin əmanət portfeli üzrə müşahidə edilib.

Bu ilin ilk üç ayında fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 842,5 milyon manatdan 809,6 milyon manata enib, hüquqi şəxslərinin depozitləri isə 209,1 milyon manatdan 155,7 milyon manata enib. Başqa sözlə, əhali üç ayda bankdan 32,8 milyon manat, şirkətlər isə 53,4 milyon manat depoziti bankdan çəkib.

Bu isə bankın cəmi öhdəliklərinə təsir edib. 1 aprel tarixinə "Access Bank"ın cəmi öhdəlikləri 3% və ya 35 milyon manat azalaraq 1,22 mlrd. manata enib. 2024-cü ilin əvvəlinə bu rəqəm 1,22 mlrd. manat təşkil edib.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.