Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb

3-05-2024, 08:24           
Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb
Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb.

“Report” xəbər verir ki, Artem Donskov, İslam Xəlilov və Nikita İvanov “Qurbanların xilasına görə” medalı ilə təltif ediliblər.

Onlar “Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” bu mükafata layiq görülüblər.

Xatırladaq ki, “Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Martın 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi hücum nəticəsində 144 nəfərin (6-sı uşaq) həlak olduğunu, 511 nəfərin isə yaralandığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru