"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - AKTUAL

3-05-2024, 00:05           
"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - AKTUAL
İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.

Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, "İpoteka haqqında" qanuna dəyişiklikdən sonra vətəndaş daha sərfəli yoldan ipateka ilə ev sahibi ola biləcək.

"İpoteka haqqında" qanuna dəyişiklikdən sonra vətəndaş bank ilə razılaşdırdan sonra, bu ipotekanı digər şəxsə ötürə biləcək. "İpoteka haqqında" qanuna dəyişiklikdən sonra problemli ipoteka kreditlərinin də qarşısı alına bilər. Bildiyiniz kimi mənzil bank ipotekadadırsa, vətəndaş onu sata bilmir. Qanuna əsasən yalnız mənzil o halda satıla bilər ki, alıcı həmin mənzilin ipoteka borcunu tam şəkildə ödəyirb. Həmin mənzil artıq bankda girovdan çıxır. Sadəcə bundan sonra həmin mənzil satıla bilərdi.

Amma "İpoteka haqqında" qanuna dəyişiklikdən sonra tərəflər arasında qarşılıqlı razılaşmma əsasında həmin ipotekaya xitam verirə biləcək. Bu da öz növbəsində problemli ipotekaların sayını azaldacaq. "İpoteka haqqında" qanuna dəyişiklikdən sonra borcu ödəyə bilməyən şəxs ipotekanı başqa bir şəxsə ötürə biləcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.