İran saxlanılan gəminin bütün ekipaj üzvlərini azad edib

3-05-2024, 08:08           
İran saxlanılan gəminin bütün ekipaj üzvlərini azad edib
İran təhlükəsizlik qüvvələri tərəfindən Hörmüz boğazında saxlanılan "MSC Aries" gəmisinin bütün ekipaj üzvləri sərbəst buraxılıb və vətənlərinə qayıda bilərlər.

İqtisadiyyat.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığı zamanı deyib.

"İran ərazi sularında radarını söndürən və dəniz nəqliyyatını təhlükə altına alan saxlanılan gəmi məhkəmə tərəfindən həbsdədir, lakin İran humanitar səbəblərə görə artıq kapitanın müşayiəti ilə bütün ekipajı azad edib, onlar öz ölkələrinə qayıda bilərlər", - deyə Abdullahian bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru