“Cəbhədə vəziyyət daha da pisləşə bilər“ - Ukrayna XİN başçısı

3-05-2024, 00:10           
“Cəbhədə vəziyyət daha da pisləşə bilər“ -
Rusiyanın hücumları nəticəsində cəbhədə vəziyyət daha da pisləşə bilər.

“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin hərbi yardımının gecikdirilməsi fonunda Rusiya hərbi əməliyyatlarının effektivliyi artıb:

“Biz həqiqətlərlə üz-üzə gəlməli, Rusiyanın hərbi əməliyyatlarının effektivliyinin artdığını etiraf etməliyik”.

Nazir qeyd edib ki, Qərbin göndərdiyi yardımlar arasında fasilə müddəti çox uzundur: “Ukrayna əsgərləri artilleriya sursatının çatışmazlığından əziyyət çəkirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.