Azərbaycanın idmançısı Qran-pridə medal qazandı

21-01-2022, 08:32           
Azərbaycanın idmançısı Qran-pridə medal qazandı
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 23 yaşlı idmançı 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışında fərqlənib.

Bu, Lunyovun son bir həftədə ikinci medalıdır. Gənc atıcı yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilmiş Qran-pridə qızıl medal qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.