“Qarabağ” “Braqa”nı keçsə, nə qədər pul qazanacaq?

18-02-2024, 09:37           
“Qarabağ” “Braqa”nı keçsə, nə qədər pul qazanacaq?
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” səfərdə “Braqa”nı 4:2 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, bu mərhələdə qələbəyə görə klubun şəxsi balansına xallar gəlmədi. Hesabında 31,000 əmsal olan “köhlən atlar” UEFA-nın klub sıralamasında 60-cı sırada qərarlaşıb.

Ağdam təmsilçisi ölkəmizin xeyrinə iki və ya 0,5 əmsal əlavə etdi. Bununla da, hesabında 19,625 əmsal olan Azərbaycan Slovakiyanı geridə qoyaraq 27-ci sıraya yüksəldi.
Maliyyə olaraq bu qələbəyə görə hələlik heç nə əldə edilmədi. Lakin mərhələni keçsə, 1,2 milyon avro (2 milyon 194 min 800 manat) qazanacaq. Bundan əlavə, TV gəliri də əldə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru