Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”u, “Neftçi” “Zirə”ni qəbul edəcək

18-02-2024, 10:22           
Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”u, “Neftçi” “Zirə”ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, ilk olaraq “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək.

Qarşılaşma saat 15:30-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 2-3-cü yerləri bölüşdürürlər.

18 fevral (bazar)

15:30. “Sumqayıt” - “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

18:00. “Neftçi” - “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”.

Qeyd edək ki, turun “Qəbələ” - “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru