Volkanovski gürcü əsilli ispana uduzdu, titulunu itirdi

18-02-2024, 17:48           
Volkanovski gürcü əsilli ispana uduzdu, titulunu itirdi
Avstraliyalı döyüşçü Aleksandr Volkanovski UFC 298 turnirinin əsas görüşündə gürcü əsilli ispan İliya Topuriyaya uduzub.

Görüş ikinci raundda nokautla başa çatıb. Volkanovski UFC yarımyüngül çəkidə titulunu Topuriyaya uduzub.

35 yaşlı Volkanovskinin hesabında indi 26 qələbə və 4 məğlubiyyət var. 2023-cü ilin oktyabrında keçirilən əvvəlki döyüşdə o, rusiyalı İslam Maxaçev tərəfindən nokaut edilmişdi.

27 yaşlı Topuriya ilk dəfə UFC kəmərini qazanıb. Ümumilikdə onun yeddisi UFC-də olmaqla 15 peşəkar döyüşdə 15 qələbəsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru