İspaniya Avropa çempionu olsa, nə qədər qazanacaq? – Məbləğ

14-07-2024, 18:27           
İspaniya Avropa çempionu olsa, nə qədər qazanacaq? – Məbləğ
İspaniya millisi qalib gələrsə, nə qədər mükafat alacaq?

İspaniya millisi 2024-cü il futbol üzrə Avropa çempionatının final oyununda qalib gələrsə, 28,25 milyon avro qazanacaq.

Bu məbləğin 40%-ni (təxminən 11 milyon avro) futbolçular alacaqlar.

İspanlar məğlub olarsa, o zaman komandanın baş məşqçisi Luis de la Fuente 400 min avro əldə edəcək. Ümumi mükafat fondu 25,5 milyon avro olacaq və futbolçular bu vəsaitin 30%-ni alacaqlar.

Qeyd edək ki, indiyədək İspaniya yığması çempionata vəsiqə aldığı üçün 9,25 milyon avro qazanıb. Qrup mərhələsindəki hər qələbə komandaya daha 1 milyon avro gətirib. “Pley-off” mərhələsi seçməyə 2,5 milyon avro, 1/4 finaldakı uğur komandaya 4 milyon avro, yarımfinaldakı qələbə isə 5 milyon avro qazandırıb.

Xatırladaq ki, İspaniya və İngiltərə milliləri arasında qarşılaşma bu gün – iyulun 14-də baş tutacaq. Oyun Berlindəki Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru