Alkaras Cokoviçi məğlub edərək titulunu qorudu

15-07-2024, 15:04           
Alkaras Cokoviçi məğlub edərək titulunu qorudu
Uimbildon-2024-də kişilər arasında final matçı keçirilib.

Həlledici görüşdə Novak Cokoviç və Karlos Alkaras üz-üzə gəliblər.

Ötən il finalda qarşılaşan tennisçilərin duelində Alkaras çempion tituluna yiyələnib. “Böyük Dəbilqə” turnilərinin 24 qat qalibi Cokoviçin revanş arzusu reallaşmayıb. İspaniyalı tennisçi 3 setdə qalib gələrək ardıcıl 2-ci dəfə Londonda qalib olub.

Bununla da Alkaras 4-cü titulunu qazanıb. O, 2022-ci ildə US Open, bu il isə “Rolan Qarros”da bütün rəqiblərin qalib gəlib.

Uimbildon-2024, Kişilər
Final
Karlos Alkaras (İspaniya) – Novak Cokoviç (Serbiya) – 3:0 (6:2, 6:2, 7:6 (7:4))












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru