Uels şahzadəsi Uimbldon turnirində görüntüləndi

15-07-2024, 15:14           
Uels şahzadəsi Uimbldon turnirində görüntüləndi
Uels şahzadəsi Keyt Middlton Uimbldon tennis turnirində görüntülənib.

Yenicag.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, bu, mart ayında xərçəng xəstəsi olduğunu elan etdikdən sonra şahzadənin ictimaiyyət arasına ikinci çıxışıdır.

“Uels şahzadəsi kişilərin finalından əvvəl qızı Şarlotta ilə Uimbldona gəlib”, – nəşr bildirib.

Qeyd edək ki, Uimbldon turnirinin finalında ispaniyalı Karlos Alkaraz və serbiyalı Novak Cokoviç mübarizə aparır.
www.yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru