İspaniya La Liqası: "Barselona" liderliyini möhkəmləndirdi 23-04-2025, 11:28 İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Barselona" evdə "Malyorka"nı sınağa çəkib.Oxu.Az xəbər verir ki, çempionatın əsas favoritlərindən olan Kataloniya təmsilçisi matçda ilk və yeganə qolu vuran tərəf olub.46-cı dəqiqədə Olmo "Barselona" azarkeşlərini sevindirib.Bu qələbə sayəsində komanda xallarını 76-ya çatdıraraq, əsas izləyicisi "Real Madrid" ilə xal fərqini yeddiyə yüksəldib. Facebook-da paylaş