Danışıqlar bitdi: “Mançester Yunayted” yayda bu hücumçunu gətirir
Bu gün, 15:44
Braziliyalı hücumçu Mateus Kunyanın bu yay “Mançester Yunayted”ə transferi ilə bağlı danışıqlar tamamlanıb.
Tərəflər arasında razılıq artıq əldə olunub. “Mançester Yunayted” bu transfer üçün “Vulverhempton” klubuna 62.5 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, hücumçu bu mövsüm “canavarlar”ın heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb və 16 dəfə rəqib qapılarına yol tapıb. \\Offsideplus.az