2017-ci ildə futbolçu transferlərinə NƏ QƏDƏR PUL XƏRCLƏNDİ? - FANTASTİK RƏQƏM

31-01-2018, 09:20           

FIFA 2017-ci ildə futbol klublarının ümumi transfer xərclərinin 2016-cı illə müqayisədə 32,7 faiz artaraq 6,37 milyard dollar olduğunu açıqlayıb.

teref.az xəbər verir ki, ali futbol qurumunun “Qlobal transfer bazarı hesabatı”na görə, ötən il yanvarın 1-dən dekabrın 31-dək dünyanın bütün futbol klubları tərəfindən ümumilikdə 15 min 624 transfer reallaşıb. Bu, 2016-cı illə müqayisədə 6,8 faiz çoxdur.

Dünya üzrə ümumi transfer məbləğinin – 6,37 milyard dolların 67,4 faizi 13 ölkədəki 50 klubun payına düşür. Həmçinin 181 ölkədən 13 min 415 futbolçu çıxış etdiyi klubu yenisi ilə dəyişib.

Hesabat FIFA-ya üzv olan 211 milli federasiyanın tərkibindəki 7 min klubun təqdim etdiyi transfer siyahısı əsasında hazırlanıb. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru