Tərtərdə qanvermə aksiyası keçirildi

15-10-2015, 10:36           
Tərtərdə qanvermə aksiyası keçirilmişdir

Oktyabrın 14-də Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Aksiyada rayonda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən adi vətəndaşlar da həvəslə iştirak etmişlər.
Qanvermə aksiyasının məqsədi hemotologiya və talessemiya irsi qan xəstəlikləri olan şəxslərə kömək etməkdir.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir.
Aksiyada 211 nəfər qan vermişdir.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə


qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.