ARDNŞ Azərbaycanda 2 milyard manata yaxın kredit alacaq
15-10-2015, 12:11
ARDNŞ şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Bankından (ABB) ilk kredit tranşı alacaq.
Bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Vitse-prezident qeyd edib ki, kreditin ümumi həcmi 1,86 milyard manat təşkil edəcək: "Kreditin 1,26 milyard manatı Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi işlərinə, 600 milyon manat isə "Bulla Dəniz" və "Günəşli"də qazma işlərinə sərf olunacaq".