Dişinə iynə vurulan kişi öldü - Azərbaycanda

25-09-2019, 15:53           
Dişinə iynə vurulan kişi öldü - Azərbaycanda
Ucarda ölüm hadisə baş verib.

Teref.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Ağdam rayonundan məcburi köçkün, 1961-ci il təvəllüdlü Arzu Əşrəf oğlu Agayev diş ağrısı ilə həkimə müraciət edib. Həkim onun dişini çəkmək üçün ağrıkəsici iynə vurub. İynə vurulduqdan sonra xəstənin halı pisləşib və o, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru