Gəncədə kütləvi dava olub - Ölən və yaralananlar var
16-06-2020, 20:55
Gəncə şəhərində 1 nəfər qətlə yetirilib, daha 2 nəfəri ağır yaralanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, tərəflər arasında münaqişə zəminində baş verən kütləvi dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya aparılıb, onlardan biri orada ölüb.