Bolton yazdığı kitaba görə məhkəməyə verildi

17-06-2020, 08:39           
Bolton yazdığı kitaba görə məhkəməyə verildi
ABŞ-ın Ədliyyə Nazirliyi prezidentin sabiq milli təhlükəsizlik müşaviri Con Boltonu məhkəməyə verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, buna səbəb Con Boltonun müşavir olduğu zaman gördüyü işlər haqqında kitab yazmaq istəyi olub.

ABŞ hökuməti hesab edir ki, Bolton müşavir vəzifəsinə təyin edildiyi zaman gizli məlumatları açıqlamamaqla bağlı üzərinə götürdüyü öhdəlikləri pozur.

Nazirlik bildirib ki, məhkəmə gizli məlumatların dərc edilməsinin qarşısını almaq üçün kitabın çapını qadağan etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.