"AzTv"nin mətbuat katibi vəzifədən getdi: "ELİN GÖZÜ TƏRƏZİDİR"
17-06-2020, 16:19
"Azərbaycan Dövlət Televiziya və Radio verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Mübariz Aslanov vəzifədən ayrılıb. 7News.Az xəbər verir ki, bu barədə M.Aslanov özünün "Facebook" səhifəsində məlumat paylaşıb: "Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki.. elin və zamanın gözü də tərəzidir". Qeyd edək ki, mətbuat xidmətinin keçmiş rəhbəri işdən ayrılma səbəbini açıqlamayıb.