Dağlıq Qarabağdakı erməni əsgərlər arasında kütləvi dava – YARALILAR VAR

17-06-2020, 17:20           
Dağlıq Qarabağdakı erməni əsgərlər arasında kütləvi dava – YARALILAR VAR
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərlər arasında kütləvi dava baş verib.

Bizimxeber.az bildirir ki, hadisə nəticəsinə xəsarət alanlar olub.

Hərbçi Arqat Balayanın məruzəsinə əsasən, davada 3 nəfər xüsusi amansızlıqla döyülüb, həmin şəxslər ağır xəsarətlər alıblar. Yaralanan üç hərbi qulluqçu hospitala təxliyə edilib, digərləri isə tibb məntəqəsinin həkimləri tərəfindən müayinə olunub. Komandanlıq əvvəlcə hadisənin məişət zəminində baş verməsi versiyasını bəhanə edərək faktı ört-basdır etməyə çalışıb.

Sonradan kütləvi davanın Yerevan erməniləri ilə Qarabağdan olan əsgərlər arasında baş verdiyi aşkar edilib.

Məsələyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) şöbə rəisi Erik Manasyanın rəhbərlik etdiyi istintaq qrupu müdaxilə edib. MTX əməkdaşlarının ortaya çıxardığı maraqlı məqam ondan ibarətdir ki, bu cür hadisələr tez-tez baş verir və hərbi hissənin zabitləri buna göz yumurlar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.