Rusiyanın Rostov əyalətində “Mi-2” helikopteri sərt eniş edib. Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kirsalovo qəsəbəsində baş verib. Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.
İlkin məlumata görə, hadisəyə səbəb mühərrikdə nasazlığın yaranması olub.
Hazırda xilasedicilər helikopteri sudan çıxarmağa çalışırlar.