Arvadı boşadığına görə döyüb öldürdülər

28-04-2015, 18:01           
Arvadı boşadığına görə döyüb öldürdülər
Zərdab rayonunda qətl törədilib. Lent.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl rayon ərazisində bir neçə nəfər tərəfindən amansızlıqla döyülən 1993-cü il təvəllüdlü Eminov Elnur Tahir oğlu xəstəxanada ölüb.

Bildirilir ki, E.Eminov keçən il Günay adlı xanımla ailə həyatı qursa da, bir neçə ay sonra boşanıb. Bundan sonra ailələr arasında münasibətlər kəskinləşib. Təxminən 10 gün əvvəl isə qızın qardaşı ilə babası Elnuru döyüb. Daxili orqanları zədələnən gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.