“GÖRÜNTÜLƏR VARSA, O ZAMAN BU, NƏYİSƏ ƏKS ETDİRİR” - Putin Şimali Koreya qoşunlarının müharibəyə qoşulmasını təsdiq edib

25-10-2024, 09:38           
“GÖRÜNTÜLƏR VARSA, O ZAMAN BU, NƏYİSƏ ƏKS ETDİRİR” - Putin Şimali Koreya qoşunlarının müharibəyə qoşulmasını təsdiq edib
“Görüntülər varsa, o zaman bu, nəyisə əks etdirir”.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda baş tutan BRICS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı sualına cavabında bildirib.

ABŞ-nin NBC telekanalının jurnalisti Rusiya Prezidentindən Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı peyk görüntülərinin olmasını soruşub.

Putin cavab verib ki, “görüntülər ciddi bir şeydir, əgər varsa, bu, nəyisə əks etdirir”.

O, Rusiyanın KXDR-lə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bu gün ratifikasiya olunduğunu və Moskva ilə Pxenyanın daim təmasda olduğunu xatırladıb.

Putin qeyd edib ki, Ukraynada münaqişəni Rusiya başlatmayıb. Onun sözlərinə görə, “Qərb 2014-cü ildə Ukraynada hakimiyyət çevrilişi edib, daha sonra 8 il Ukrayna qoşunlarını silahlandırıb, qərbli hərbçilər uzun müddətdir ukraynalılarla birlikdə Rusiyaya qarşı vuruşur”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.