Gürcüstan prezidenti seçkidən sonra onu impiçment və həbs gözlədiyindən ehtiyat edir

25-10-2024, 10:01           
Gürcüstan prezidenti seçkidən sonra onu impiçment və həbs gözlədiyindən ehtiyat edir
Gürcüstanda keçirilən parlament seçkisində "Gürcü arzusu" partiyası qalib gələrsə, hazırkı prezidentə impiçment elan oluna bilər.

"Mtavari" telekanalı xəbər verir ki, bunu ölkə Prezidenti Salome Zurabişvili oktyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Jurnalistlərin "Gürcü Arzusu" partiyasının qarşıdan gələn seçkidə mümkün qələbəsi ilə bağlı sualını cavablandıran siyasətçi bildirib ki, belə bir halda onun həbsxanaya göndəriləcəyi ehtimalı var.

"Əgər bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbs edəcəklər", - telekanal Gürcüstan liderinin sözlərindən sitat gətirib.

O, parlament seçkisinin nəticələrinə görə ölkədə dövlət çevrilişi etməyi planlaşdırmadığını qeyd edərək, Mərkəzi Seçki Komissiyasının (MSK) seçkinin real nəticələrini açıqlayacağına ümid etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru