Nürəngiz Bəşirovanın tender oyunu

25-10-2024, 08:34           
Nürəngiz Bəşirovanın tender oyunu
Sabunçu Tibb Mərkəzinin elan etdiyi tenderin nəticələri ləğv edilib.

XALQ.AZ xəbər verir ki, Tüstü bacalarının təmizlənilməsi, qazanların odluqlarının üzərində quraşdırılmış təhlükəsizlik avtomatikalarının yoxlanılması, kabellərin izolyasiyasının, torpaqlanmanın və liftlərin kabellərinin sınağı xidmətlərinin satın alınması nəzərədə tutulan işlərə icazə verilməyib.

İşlərin ləğv edilməsinin səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması və ya “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsinin tələbinin pozulması göstərilib.
Xatırladaq ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nürəngiz Bəşirovadır. Sabunçu Tibb Mərkəzi haqqında mətbuatda mütəmadi bir sıra narazılıqlarda yazılıb. Həmçinin xəstəxanadan şikayət edənlərinin sayının çox olduğu qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.