Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı təxirə salmağa çağırıb

25-10-2024, 09:18           
Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı təxirə salmağa çağırıb
Almaniya kansleri Olaf Şolts hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul etməyə ehtiyac olmadığını bildirib.

APA xəbər verir ki, bununla bağlı məlumatı TASS agentliyi yayıb.

Məlumatda bildirilir ki, siyasətçi Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarın təxirə salınmasına çağırıb.

“Biz Vaşinqtonda və Vilnüsdə qərar qəbul etdik və perspektivi təsvir etdik. Hesab edirəm ki, indi bu qərardan başqa yeni qərara ehtiyac yoxdur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, müharibə vəziyyətində olan ölkə NATO-ya üzv ola bilməz.

Qeyd edək ki, bundan əvvəl də Şolts Ukraynanın NATO-ya daxil olmasının yaxın gələcəkdə baş verməyəcəyini etiraf etmişdi. O Ukraynanın yəqin ki, yaxın 30 il ərzində Şimali Atlantika Alyansına qoşulmayacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru