Yenə də dar çərçivədə və darısqal otaqlarda müzakirələr

25-10-2024, 08:27           
Yenə də dar çərçivədə və darısqal otaqlarda müzakirələr
Hələ də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iş prinsipini tuta bilməmişəm.
Gah maraqlı tərəflərlə birgə müzakirəlkər olur, gah da separat formada.
Baxıram ki, Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası olub. İctimai əhəmiyyət kəsb edən bir mövzudur.
Amma toplantı yenə də dar çərçivədə, maraqlı tərəflərin iştirakı olmadan, elə dar bir otaqda, yarım qapalaı formada keçirilib.
Qlobal İnnovasiya İndeksində, 134 ölkə arasında Azərbaycanın nə üçün 95-ci yerdə olmasını müzakirə ediblər. Açıqlanan məlumatda nə qərara gəldikləri məlum deyil.
Elə bilirdim bu toplantını təxirə salıblar.
Çünki qabaqcadan Komissiyanın bu məqsədlə yaradılan faydalı bir saytında həm iştirakla bağlı, həm də mahiyyəti üzrə təkliflər toplamaq üçün yerləşdirilən onlayn formanı dolduraraq müraciət etmişdim.
Müraciətin də qəbul edildiyi bildrilmişdi.
Amma iştirakla bağlı, tədbirin yeri və saatı ilə bağlı heç bir dəvət , mesaj göndərilmədi.
Qrupun idarəediciləri də aşağıdakılardır :
Səməd Bəşirli - Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini
Vüsal Şıxəliyev - Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri
Samir Məmmədov - Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
İnsafən deyim ki, yavaş-yavaş hiss olunur ki, bu tip toplantılarda iştirakçıların tərkibi keyfiyyətcə və statusca müsbətə doğru dəyişir. Əvvəlki toplantılarda hiss olunurdu ki, bu tip tədbirlər sadəcə “quş” qoymaq üçün keçirilir.
Ümumiyyətlə müşahidələr onu göstərir ki, bu Komissiyanın statusuna, iş prinsiplərinə, burada iştirak edənlərin qurumlarda hansı vəzəfələr tutmasına yenidən baxılmalıdır.
Komissiyanın tərkibində olan eyni istiqamətli içşi qruplar sanki tam fərqli, heç bir kommunikasiya olmadan fəaliyyət göstərirlər.
Ümid edirəm bu toplantıda nə üçün 95-ci yerdə olmağımız, nə üçün heç bir potensiala malik olmayan ölkələrlə bir sırada olmağımızın səbəbləri açıqlanıb və problemlərin aradan qaldırılması yolları da irəli sürülüb.
Osman Gunduz
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.