Oktyabrın 23-də hava necə olacaq

23-10-2024, 00:04           
Oktyabrın 23-də hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-18° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 1-4° şaxta, yüksək dağlıq ərazilərdə 6-11° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Hidrometeoroloji Proqnozlar Bürosu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru