BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı

Bu gün, 11:15           
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib -
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib
BRİCS-in Kazanda keçirilən sayca on altıncı sammitinin dünyanın
beynəlxalq münasibətlər sistemində yeni bir səhifə açıb. Son 15 il ərzində
BRİCS iqtisadi və siyasi əməkdaşlıq üçün bir platforma yaradıb. Dünya
əhalisinin təxminən 45%-ni əhatə edən və qlobal ÜDM-in 35%-ə qədərini
istehsal edən BRICS+ ölkələrinin iqtisadiyyatının həcmi nüfuzlu təşkilatların
ekspertlərinin qənaətinə əsasən, 20 trilyon dollar, G7 ölkələrinin
iqtisadiyyatının cəmi isə 40 trilyon dollar təşkil edib.
BRICS hazırda on ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi
Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb
Əmirliklərini ozündə birləşdirir. 30-a yaxın ölkə, o cümlədən Azərbaycan və
qardaş Türkiyə də bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu
almaq istəyini bəyan edib.
Oktyabrın 23-24-də Kazanda keçirilən BRICS Sammitidə 36 ölkədən
və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət
başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər. Sammitin
əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin
gücləndirilməsi”dir. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı
müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə
olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas
məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul
edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi
istiqamətində atılan vacib addımlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS
Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın
23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan
şəhərinə səfərə gəlib. Çox məhsuldar keçən səfər zamanı ölkə başçısı
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm
Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar
Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və
Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos
Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv
dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma
Russeff ilə görüşləri olub.
Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS
Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak
edərək çıxış edib. Prezident İlham Əliyevin sammitdə dediyi kimi,
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal
tərəfdarıdır: “Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik
dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-
dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd
il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı özünün
institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər
sistemində öz yerini xeyli möhkəmləndirib. Bu nümunə deməyə əsas verir
ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək.
Bundan əlavə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi BRICS
ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından cəlbedicidir.
Coğrafi mövqe və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın
mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və
“Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Ona görə də,
BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur.
Ölkə başçısı həm də bildirib ki, “növbəti ayda Bakı ən böyük
beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq.
Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil
qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq
Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə
veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal
təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq,
qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy
göstərəcəyik”.
Qeyd edilməlidir ki, BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə
toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka
çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın
dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.