Faceboook sevgisi və sonu ölüm
7-05-2015, 16:10
Mayın 4-dən 5-nə keçən gecə saat 05:35 radələrində Səbayel rayonundakı Rəsul Rza küçəsində qətl baş verib. Xarkov şəhərindən gələn 26 yaşlı Elnur Hümbətov qısqanclıq zəminində 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib.
Day.az saytı bildirir ki, E.Hümbətovun vəkili qanlı faciənin bəzi detallarını danışıb.
Elnur öz ifadəsində İlahə ilə "Odnoklassniki" sosial şəbəkəsində tanış olduğunu bildirib. Onların münasibətləri virtualdan reala keçib. Görüş zamanı Elnur öyrənib ki, İlahə onunla görüşənə qədər başqa oğlanlarla da görüşüb. Ancaq İlahə bundan sonra yalnız onunla görüşəcəyinə söz verib.
Elnur İlahəyə iki ədəd mobil telefon alıb, gündəlik xərclərini ödəyib. Günlərin birində İlahə iş tapdığını söyləyib. İşin detalları ilə bağlı bir nəfərlə görüşməli olduğunu bildirib. Görüş günü Elnur qıza zəng edəndə o, 1-2 saata boşalacağını və özü əlaqə saxlayacağını deyib.
Bu müddət ərzində Elnur bir neçə dəfə zəng vursa da, İlahə zənglərə cavab verməyib. Bu vaxt Elnur İlahəyə sms yazaraq evlərinə gəldiyini qeyd edib. İlahə isə cavabında boşalan kimi zəng vuracağını deyib. Bu yazışmadan sonra Elnur İlahəgilin həyətinə gələrək qızı gözləyib. Qız həyətə görüşməli olduğu kişinin maşını ilə gəlib. Elnur ona yaxınlaşıb və birlikdə mənzilə qalxıblar.
İlahə deyib ki, tapdığı iş restorandadır. 15 gün restoranda işləyəcək, qalan 15 günü isə iş sahibinin evində qalacaq. Bu şərtləri eşidən Elnur qızla mübahisəyə başlayıb. O, bıçaq götürərək qızı vurub. Sonra qızı belə vəziyyətdə qoyaraq evdən çıxıb.
Elnur ifadəsində bildirib ki, qətli törədərkən affekt halında olub. Onun qətl törətmək niyyəti olmayıb.
İndi Elnur barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.