Cırcıramaları "Top Gun" filminin saundtrekinin ifasına məcbur etdilər VİDEO

14-05-2025, 17:24           
Cırcıramaları "Top Gun" filminin saundtrekinin ifasına məcbur etdilər  VİDEO
Yaponiyanın Tsukuba Universitetindən olan alimlər yeni heyrətamiz tədqiqatda adi cırcıramaları əsl musiqiçilərə çevirməyi bacarıblar. Onlar insan əzələlərinin tonusu üçün nəzərdə tutulmuş cihazlara bənzər xüsusi elektrodlardan istifadə edərək həşəratları barokko dövrünün alman bəstəkarı İohann Paxelbelin ən məşhur əsərlərindən birini, həmçinin "Top Gun" filminə yazılmış saundtrekin ifasına məcbur ediblər.

Bu barədə "IFLScience" nəşrində xəbər verilib.

Bildirilir ki, alimlər Yuqa Tsukuda və Naoto Nişida hər cırcıramaya "Paxelbel Kanonu"nda ayrı bir partiya təyin ediblər. Təcrübələrin nəticələri tədqiqatçıların özlərini belə heyrətləndirib. Cırcıramalar demək olar ki, ritmi saxlamağı bacarıblar.

"Hətta kompüterlə idarə olunduqları zaman belə, canlılar öz təbiiliyini qoruyur", - deyə onlar vurğulayıblar.

Qeyd edək ki, həşəratlar təcrübələrdən sonra zərər görmədən uçub gediblər.

Tədqiqatın müəllifləri öz hibrid "həşərat-kompüter" interfeysi üçün bir neçə mümkün tətbiq sahəsi görürlər. Cırcıramalar uzaq bölgələrdə istifadə üçün ultra aşağı enerjili ötürücülər və "bioloji şəkildə idarə olunan səsgücləndiricilər" rolunu oynaya bilərlər. Bundan əlavə, onların vızıltısını temperatur, qaz səviyyəsi və digər göstəricilər barədə siqnal verən, yaxud sadə mesajlar ötürən xüsusi Morze koduna bənzər səsli siqnala çevirməklə, ekoloji və fəlakət zondlamasında istifadə etmək mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru