"O, artıq aktyor deyil" – "Optimus" robotundan canlı performans

14-05-2025, 16:16           
"O, artıq aktyor deyil" – "Optimus" robotundan canlı performans
Amerikalı milyarder və "Tesla" şirkətinin rəhbəri İlon Mask "X" sosial şəbəkəsində insanabənzər robot "Optimus"un rəqs etdiyi görüntüləri paylaşıb.

Oxu.Az xəbər verir ki, Mask videonun real vaxt rejimində lentə alındığını vurğulayıb. Kadrlarda humanoidin ritmik və koordinasiyalı hərəkətlərlə rəqs etdiyi görünür.

Mask bu nailiyyəti 2021-ci ildə səhnəyə çıxan aktyorla müqayisə edərək belə deyib:

"O vaxt səhnədə kostyum geyinmiş bir aktyor vardı. İndi isə bu, artıq gerçəkdir".
"Optimus" robotu üzərində işləyən "Tesla" komandası bu texnologiyanın yaxın illərdə gündəlik həyatda geniş istifadə olunacağını gözləyir. Humanoid gələcəkdə zavodlarda işləmək, ev işlərini yerinə yetirmək və gündəlik sadə tapşırıqları icra etmək üçün nəzərdə tutulub.

Rəqs edən robotun görüntüləri qısa zamanda sosial şəbəkələrdə viral olub və texnologiyasevərlərin böyük marağına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru