Jerar Depardye barəsində həbs qərarı çıxarılıb

14-05-2025, 17:08           
Jerar Depardye barəsində həbs qərarı çıxarılıb
Fransız aktyor Jerar Depardye iki qadına qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Bu barədə “Sky News“ məlumat yayıb.

200-dən çox filmdə rol almış 76 yaşlı aktyor, Parisdəki məhkəmə tərəfindən 2021-ci ildə çəkilən "Les Volets Verts" filminin çəkilişi zamanı iki qadına cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Məhkəmə onu 18 ay şərti həbs cəzasına məhkum edib.

Bundan əlavə, Paris Korreksiya Tribunalı onu iki il müddətinə vətəndaş hüquqlarından məhrum edib və seksual cinayətkarlar reyestrinə daxil edilməsinə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru