Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib

15-05-2025, 07:44           
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib
Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Alma” kafesi növbəti maliyyə hesabatını açıqlayıb.

TEREF Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan əsilli iş adamı Bəxtiyar Sadıqlıya məxsus olan “Alma Cafe LTD” şirkətinin 2024-cü ildə xalis zərəri 881 min 106 funt sterlinq (2 milyon manat) olub.

Şirkətin zərəri son bir ildə 179 min funt sterlinq artıb.

Məlumat üçün onu da bildirək ki, Bəxtiyar Sadıqlı 2013-2016-cı illərdə hazırda səhmlərinin 75%-i sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan və KFC restoranlar şəbəkəsini idarə edən “B.J.R. Foods Limited” şirkətinə də rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru