Ember Herdin əkizlərinin atası İlon Maskdır?

14-05-2025, 17:44           
Ember Herdin əkizlərinin atası İlon Maskdır?
Conni Deppin keçmiş həyat yoldaşı Ember Herdin ana olması ilə bağlı xəbərlərdən sonra pərəstişkarları arasında onun əkizlərinin atasının milyarder İlon Mask olduğu barədə şayiələr yayılıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Aktrisa əkiz övladları - Ouşen və Aqnesin dünyaya gəldiyini açıqlayıb.

Onların da dörd yaşlı bacısı Una kimi surroqat ana vasitəsilə dünyaya gəldiyi güman edilir. Herd illərdir səbirsizliklə gözlədiyi övladlarının doğulmasını qeyd etməkdən böyük sevinc duyduğunu bildirib.

Qeyd olunur ki, onun ana olmaq uğrunda apardığı mübarizə asan olmayıb. Belə ki, 2023-cü ildən etibarən o, surroqat analığın qeyri-qanuni olduğu və bioloji anaların dünyaya gətirdikləri uşaqlardan imtina etmələri ilə bağlı "imtina müqavilələri"nin qanuni qüvvəyə malik olmadığı İspaniyanın Madrid şəhərində yaşayır.

ABŞ vətəndaşı olaraq qalan Herdin məhz orada surroqat analıq üçün razılıq verdiyi güman olunur.

"Fertillik problemlərimə baxmayaraq, təkbaşına və öz şərtlərimlə ana olmaq həyatımın ən qürurverici təcrübəsi idi", - deyə o, "Instagram" hesabında yazıb.

Körpələrin atalarına gəlincə, yaxınları Emberin 2021-ci ilin sonlarında operator Bianka Butti ilə münasibətlərinin bitməsindən sonra subay olduğunu təsdiqləyirlər. Herd əkizlərin atasının adını açıqlamayıb, lakin onun anonim donorun xidmətindən istifadə etdiyi ehtimal olunur.

Bununla belə, aktrisanın pərəstişkarları əmindirlər ki, əkizlərin atası Emberin 2016-cı ildə Conni Deppdən ayrıldıqdan sonra 18 ay birlikdə olduğu milyarder İlon Maskdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru