İmran Xan: Qisas hücumu olacaq, hazır olun

15-05-2025, 00:11           
İmran Xan: Qisas hücumu olacaq, hazır olun
Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xan ölkəsini Hindistanın mümkün qisas hücumlarına qarşı ayıq-sayıq olmağa çağırıb.

TEREF xəbər verir ki, bu barədə keçmiş baş nazirin sədri olduğu Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) yerli KİV-ə bildirilib.

Xan belə hallarda və müharibə zamanı qarşı tərəfdən ani reaksiyanın zəruri olduğunu söyləyib.

Siyasətçi həmçinin Hindistan Baş naziri Narendra Modi mütləq qisas alacağı üçün xalqın ayıq-sayıq qalmasınının vacib olduğunu vurğulayıb.

İmran Xan Pakistanı Modinin aldadıcı və etibarsız təbiətinə görə təkrarlanan təcavüz epizodlarına və Hindistanla potensial müharibəyə hazır olmağa çağırıb.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində (Pahalqam şəhərində) silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.

Pakistan Hindistanın mayın 10-dakı hava zərbələrinə də sərt cavab verib. Baş nazir Şahbaz Şərif mayın 10-nu Pakistanda Zəfər günü elan edib.

Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru