YENƏ BİNƏQƏDİ RAYONU, YENƏ BİLƏCƏRİ: BİLƏCƏRİDƏ AĞACLAR KÜTLƏVİ ŞƏKİLDƏ NİYƏ QIRILIR? - AÇIQLAMA

15-05-2025, 08:34           
YENƏ BİNƏQƏDİ RAYONU, YENƏ BİLƏCƏRİ:
Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acınacaqlı vəziyyətdədir.

TEREF Milli.Az-a istinadən xəbər verir ki, ərazidəki ağaclara qulluq edilmir, həmişə yaşıl bitkilər çoxu quruyub, yarısı isə aşıb. Bir sözlə illərin ağacları baxımsız vəziyyətdədir.

Məsələ ilə bağlı Biləcəri Bələdiyyəsindən bildirildi ki, ağacların aşması və ya quruması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyinə və Dövlət Ekoloji Ekspertiza Agentliyinə məlumat verilib. Şəkillər və video-çəkiliş də təqdim olunub.

Sözügedən problemlə bağlı isə Dövlət Ekoloji Ekspertiza Agentliyi deyilənləri təkzib etdi:

"Həmin ərazidə yaşıllıqların quruması səbəbindən götürülməsinə rəy verilməsi ilə bağlı agentliyə hər hansı müraciət daxil olmayıb. Müraciət daxil edildiyi təqdirdə ekspertlərimiz tərəfindən yaşıllıqlara baxış keçiriləcək, müvafiq rəy verilməsi məsələsinə baxılacaq".

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatından isə bildirildi ki, ərazidə külək nəticəsində aşan ağaclar götürülür. Lakin aşmayan ağacların götürülməsi üçün dövlət qurumu tərəfindən verilən rəy lazımdır. Rəy olmadan həmin ağacların kəsilməsi mümkün deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru