Qəfil yola çıxan at 15 nəfərin xəsarət almasına səbəb oldu - FOTO

28-10-2022, 11:35           
Qəfil yola çıxan at 15 nəfərin xəsarət almasına səbəb oldu - FOTO
Türkiyənin Sivas vilayətində avtobusun və bir minik maşınının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəza atın avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxması nəticəsində baş verib.

Belə ki, sürücü minik avtomobilini ata çırpıb. Nəticədə at arxadan gələn avtobusun qarşısına düşüb və nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində ikisi sürücü olmaqla 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Yolda hərəkət bir müddətlik dayandırılıb.



Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru