Malayziyada 30 nəfərlik çəkiliş qrupu mağarada çarəsiz vəziyyətdə qaldı - FOTO

28-10-2022, 12:25           
Malayziyada 30 nəfərlik çəkiliş qrupu mağarada çarəsiz vəziyyətdə qaldı - FOTO
Malayziyanın Perak əyalətində yerləşən Tempurung mağarasında leysan yağışlar səbəbindən 30 nəfərlik çəkiliş qrupu çarəsiz qalıb.

Yağış nəticəsində mağaranın çıxışında suyun səviyyəsi təxminən 1,5 metrə qalxıb. Sinqapura məxsus prodüser şirkətinin çəkiliş qrupu güclü yağış səbəbindən əhəngdaşı mağarasından çıxa bilməyib.
2 saat sonra bütün heyət təhlükəsiz şəkildə mağaradan çıxarılıb.

Tempurung mağarasında üç kilometrdən uzun məsafədə otaqlar şəbəkəsi mövcuddur. Bu, Malayziyanın ən uzun və ən böyük əhəngdaşı mağarası kimi tanınır.




Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru