Amerikalı qadın manyak atasının təkidi ilə 70-ə qədər qurbanın cəsədini gizlədib - FOTO

28-10-2022, 10:18           
Amerikalı qadın manyak atasının təkidi ilə 70-ə qədər qurbanın cəsədini gizlədib - FOTO
ABŞ-də yerli sakin hüquq-mühafizə orqanlarının əməkdaşlarına 10 il əvvəl ölən və serial manyakı olan 70 yaşlı atası haqqında danışıb.

Hadisə Ayova ştatında baş verib.

Sakinin dediyinə görə, 30 il ərzində atası 70-ə yaxın qadını öldürüb. O, qadınları yük maşınına cəlb etdikdən sonra orada qətlə yetirirmiş. Həmişə uşaqları ilə gəzdiyindən kişinin maşını heç zaman yoxlanılmayıb.

Qadının sözlərinə görə, o və qardaşı cəsədləri gizlətməkdə atalarına kömək etmək məcburiyyətində qalıblar (qardaşı intihar etdiyinə görə bunu təsdiqləmək mümkün olmayıb).

“O, bizə quyuya getdiyini deyirdi. Mən bunun nə demək olduğunu bilirdim”, - deyə qadın olanları dəhşət içində xatırlayır.

İstintaqın ilkin versiyasına görə, həmin şəxs bir-birinə oxşayan və əsasən fahişəliklə məşğul olan qurbanları seçirmiş.



Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru