Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO

28-10-2022, 10:58           
Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO
Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş.

Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.

(Qafqazinfo)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.