Rusiyada babasının aldığı qarpızı yeyən nəvə zəhərlənərək ölüb

30-10-2022, 09:55           
Rusiyada babasının aldığı qarpızı yeyən nəvə zəhərlənərək ölüb
Rusiyanın Volqoqrad şəhərində 5 yaşlı uşaq qarpız yedikdən sonra ölüb, onun 11 yaşlı bacısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bu barədə Volqoqrad vilayətinin İstintaq Komitəsinin rəsmisi məlumat verib.

Qeyd olunur ki, yeniyetmələr babalarından israrla onlara qarpız almağını istəyiblər. Bazara yollanan baba nəvələrinə qarpız alıb və uşaqlar meyvəni qəbul edərək zəhərləniblər.

Məhkəmə-tibbi ekspertizalarının ilkin rəyinə görə, uşağın ölümünə qarpızın tərkibində olan zəhərli qastroenterit səbəb olub.

Mənbə: v102.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru