Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var

31-10-2022, 07:42           
Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var
Göygöl rayonunda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası zamanı 1957-ci il təvəllüdlü M.Zeynalov, onun həmyaşıdı E.Zeynalova və 1993-cü il təvəllüdlü T.Zeynalova xəsarət alıb.

Hər üçü öncə Göygöl Mərkəzi rayon Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncədə yerləşən xəstəxanaların birinə köçürülüblər.

Xəsarət alanların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru