Azərbaycanda 71 yaşlı kişi məktub yazıb özünü asdı

2-11-2022, 12:39           
Azərbaycanda 71 yaşlı kişi məktub yazıb özünü asdı
Neftçalada intihar hadisəsi olub.

TEREF.AZ lent.az-a istinadla xəbər verir ki, kənd sakini 71 yaşlı Sadıqov Əflatun Lətif oğlu yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.

71 yaşlı kişinin intihar etməsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

Belə ki, Bala-Surra kənd sakini Sadıqov Əflatun Lətif oğlu uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirərkən onun yazdığı məktubu da aşkarlayıblar. Ə. Sadıqovun intihar səbəbini elə həmin məktubda yazdığı müəyyən olunub.

Məktubda o, xəstəlik səbəbilə özünü öldürdüyünü bu sözlərlə izah edib: "Xərçəng xəstəliyindən əziyyət çəkirəm. Ağrılara dözə bilmirəm. Özüm bu yolu seçdim".

Hazırda faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru